Millimiz ilk dəfə tam heyətlə məşq etdi
18.03.2013 - 14:07
Bu gün milli komandamız Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda (ADBTİA) növbəti məşqini keçirib. Apasport.az saytının məlumatına görə, Lüksemburqla martın 22-də baş tutacaq oyuna hazırlaşan yığma ilk dəfə tam heyətlə məşq edib.
Belə ki, saat 10:30-da başlayan hazırlıqda ilk dəfə Berti Foqtsun sərəncamında bütün futbolçular olub. Ölkə xaricində çıxış edən Ruslan Abışovla Elhad Nəzirinin gəlişi ilə bu say 26-ya çatıb. “Sivasspor”un hücumçusu Cihan Özkaranın “Akhisar Bələdiyəspor”la oyundan sonra yığmaya qoşulacağı deyilsə də, Almaniya doğumlu futbolçu düşərgəyə erkən qoşulub. Bugünkü səhər məşqi onun yığmada ikinci məşqi olub.
Qeyd edək ki, milli komanda bu gün daha bir məşq keçəcək. Yığma ADBTİA-nın stadionunda hazırlığa 16:15-də başlayacaq.

- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0