Portuqaliyaya vurulan qola kitab həsr olundu
18.03.2013 - 15:26
Portuqaliyaya vurulan qola kitab həsr olundu
Azərbaycan futbolunun fəxri Anatoli Banişevskinin Portuqaliya ilə oyunda vurduğu qola həsr edilən kitab nəşr olunub. Apasport.az saytının məlumatına görə, kitabda 1966-cı ildə SSRİ yığmasının heyətində İngiltərədəki dünya çempionatının 3-cü yer uğrunda oyununda həmyerlimizin vurduğu, amma başqalarının adına yazılan qoldan bəhs edir.

“Bir qolun tarixçəsi” adlanan kitab AFFA tərəfindən çap olunub. Nəşrin müəllifi isə assosiasiyanın əməkdaşı, “Futbol dünyası” qəzetinin şöbə müdiri olan Rasim Mövsümzadədir. O, həmçinin FIFA Ballon dOr”, “UEFA Best Player in Europe” və “Golden Foot” kimi nüfuzlu beynəlxalq mükafatların münsiflər heyətinin üzvüdür.