“Unirya” ilə Elhad Nəzirisiz oyun
18.03.2013 - 15:46
“Unirya” ilə Elhad Nəzirisiz oyun
Milli komandamızın üzvü Elhad Nəzirinin çıxış etdiyi “Petrolul” milli komandaların oyunları ilə əlaqədar olaraq Rumıniya çempionatında yaranmış 2 həftəlik fasilədən maksimum yararlanmaq niyyətindədir. Apasport.az saytının məlumatına görə, “neftçilər” bu məqsədlə yoxlama oyunu keçirəcək.

Belə ki, Ployeşti klubu martın 23-də aşağı dəstə təmsilçisi olan “Unirya” ilə yoxlama oyununda qüvvəsini sınayacaq. Sloboziya klubu ilə qarşılaşma Bakı vaxtı ilə saat 16:00-da baş tutacaq.

Qeyd edək ki, Elhad Nəziri bu görüşdə oynaya bilməyəcək. Çünki həmin vaxt futbolçumuz millinin düşərgəsində olacaq.