“İnter”in fasiləsi başa çatdı
18.03.2013 - 16:12
“İnter”in fasiləsi başa çatdı
DÇ-2014-ün təsnifat mərhələsilə əlaqədar olaraq XXIII turun başa çatmasından sonra Premyer Liqada fasilə yaranmışdı. Apasport.az saytının məlumatına görə, oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Tsxadadze yetirmələrinə 4 günlük istirahət vermişdi.

Artıq istirahət başa çatıb. Bu gün “Şəfa” stadionuna toplaşan “bankirlər” məşqlərə başlayıb. “İnter” sabah da “Şəfa” stadionunda məşq edəcək.

Qeyd edək ki, Azərbaycan milli komandasına çağırılan Vladimir Levin, həmçinin gənclərdən ibarət yığmamızın təlim-məşq toplanışına dəvət edilən Fuad Bayramovla Abdulla Abatsiyev məşq prosesində iştirak etməyəcək.