UEFA Bakının iddia etdiyi turniri müzakirə edəcək
18.03.2013 - 18:42
UEFA 2020-ci il Avropa çempionatına ev sahibliyi ilə bağlı sifariş vərəqələrinin verilmə qaydalarına baxacaq. Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun martın 28-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək İcraiyyə Komitəsinin növbəti iclasının əsas mövzusunun bu məsələ olacağını rəsmən açıqlayıb.
Ötən ilin dekabrında qəbul olunan qərara əsasən həmin final mərhələsinin oyunları Avropanın 13 şəhəri qəbul edəcək. UEFA ev sahiblərini 2014-cü ilin sentyabrında müəyyənləşdirəcək. Qurum həmçinin 2013/14 mövsümlərində Çempionlar Liqası ilə Avropa Liqasının və 2013-cü ildə Superkubok oyununun formatını təsdiqləyəcək.
Qeyd edək ki, Bakı həmin çempionatı keçirəcək şəhərlərdən biri olmaq iddiasındadır.

0
0