Qara Qarayev Riqaya gedir
18.03.2013 - 19:06
Qara Qarayev Riqaya gedir
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport. az saytının məlumatına görə, martın 24-dən 31-ə qədər Latviyanın paytaxtı Riqada baş tutacaq təlim-məşq toplanışına 20 futbolçu çağırılıb.

Hazırlıqlara yerli klublarda çıxış edən 19 oyunçu ilə yanaşı, 1 legioner cəlb edilib: Tural Osmanov, Ərziman Rizvanov, Sərxan Əhmədli, Əli Şirinov, Rövlan Muradov, Pilağa Mehdiyev, İbrahim Qədiyev (hamısı “Neftçi”), Elçin Tağıyev, Kamran Əliyev, Yusif Cəfərov, Emil Əliyev, Nicat Süleymanov (hamısı "Bakı"), Elvin Dəmirov, Baxışəli Baxışəliyev, Fərid Əsədli (hamısı “Qəbələ”), Qara Qarayev ("Əlincə"), Ruslan Hacıyev, Kamil Akimov, Nihad Tamazov (hamısı "Qarabağ"), Tusif Yaqubzadə ("Tambov", Rusiya).

Qeyd edək ki, hazırlıq müddətində yığmamızın Latviyanın U-16 komandası ilə 2 yoldaşlıq oyunu keçirməsi nəzərdə tutulub.

Mənbə: affa.az