“İnter” Çempionlar Kubokunda mübarizə aparacaq
18.03.2013 - 20:20
2002-ci ildən etibarən “The children champion cup Lukoil” çempionatı keçirilir. Apasport.az saytının məlumatına görə, bu turnir UEFA Çempionlar Liqasının uşaqlar üçün analoqudur.
Turnir hər il keçirilir və yarışmada İngiltərənin “Çelsi”, Serbiyanın “Partizan”, Rusiyanın “OMİK” və “Spartak”, Ukraynanın “Dinamo”(Kiyev) və “Şaxtyor”, Türkiyənin “Qalatasaray” kimi klubların və o cümlədən digər ölkə komandalarının da iştirak etdiyi məlumdur.
Sevindirici haldır ki, bu il tarixdə ilk dəfə həmin turnirə Azərbaycan komandası qatılacaq. Belə ki, “The children champion cup Lukoil” turnirində Azərbaycanı “İnter”in U-12 komandası təmsil edəcək.
Bu il turnirdə Avropanın 30 komandasının iştirak edəcəyi gözlənilir. Yarışın reqlamentinə əsasən, bu klublar regional qaydaya uyğun 5 qrupa ayrılacaq. Belə ki, oyunları Moldovanın paytaxtında keçiriləcək birinci qrupda Belarus, Ukrayna, Moldova, Macarıstan və Rumıniya klubları çıxış edəcək. Növbəti qrupda Latviya, Estoniya, İsveç, Norveç, Litva və Danimarka klubları mübarizə aparacaq və bu qrupun oyunları Vilnusda baş tutacaq. Digər qrupda mübarizə Serbiyada aparılacaq və burada Xorvatiya, İspaniya, Fransa, İtaliya, Yunanıstan və Serbiya komandaları qarşılaşacaq. Çex Respublikasını Liberetse şəhərində keçiriləcək növbəti qrupun iştirakçıları Almaniya, Avstriya, Çex, Hollandiya və Slovakiya klubları olacaq. “İnter”in mübarizə aparacağı təsnifat qrupunun oyunları Türkiyənin Antalya şəhərində yerləşən “Mərdan” stadionunda baş tutacaq. Artıq komandamızın bütün rəqiblərinin adları da məlumdur. Belə ki, bu zonada Türkiyənin “Antalyaspor” və “Qalatasaray”, Bolqarıstanın “Levski”, Makedoniyanın “Vardar” və Gürcüstanın “Dinamo” komandaları mübarizə aparacaq.
Qeyd edək ki, bu altı komanda püşkün köməyi ilə 2 qrupa ayrılacaq və bu üçlüyün ən yaxşı komandaları sonradan turnirin final mərhələsinə yeganə vəsiqə uğrunda yarışacaq. Qruplarında 2-ci və 3-cü yeri tutan komandalar təsəlliverici yerlər uğrunda mübarizə aparacaq.
Turnirin final hissəsi sentyabr ayında Bolqarıstanın Burqas şəhərində keçiriləcək. Bu mərhələdə 6 komanda gücünü sınayacaq, yarışın məsul siması da “Qızıl top”un sahibi, dünya şöhrətli bolqarıstanlı futbolçu Xristo Stoiçkov olacaq.
Mənbə: inter.az

0
0