Rusiya çempionatında polislərə qumbara atıldı
18.03.2013 - 22:09
Rusiya çempionatında polislərə qumbara atıldı
Dünən Rusiya Premyer Liqasının 21-ci turunda “Terek” – “Rubin” (0:0) qarşılaşmasından sonra stadiondan kənarda xoşa gəlməz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Qroznıda reallaşan oyunun başa çatmasından sonra “Əhməd Arena”dan 3 kilometr uzaqlıqda naməlum adamlar ictimai asayişinin mühafizəsini qoruyan əməkdaşlar (Xüsusi Təyinatlı Milis Dəstəsi) tərəfə əl qumbarası atıblar.

Nəticədə 2 polis yaralanıb və onları xəstəxanaya yerləşdiriblər. Hazırda polislərin vəziyyəti kafi kimi qiymətləndirilir. Fakt üzrə cinayət işi açılıb.

Qeyd edək ki, sözügedən qarşılaşmanın 87-ci dəqiqəsində Gökdəniz Qaradənizə qarşı kobudluq edən Rizvan Usiyev görüşün baş hakim Mixail Vilkov tərəfindən ikinci sarı vərəqə alaraq meydandan qovulmuşdu. Bundan hirslənən “Terek”in ev sahibliyi etdiyi matçlarda səs nizamından məsul olan şəxs referinin bu qərarına “Hakim satqın... sən keçisən!” ifadəsini işlətmişdi.