“Hamburq”un futbolçusu 5 oyunluq cəzalandırıldı
18.03.2013 - 22:40
“Hamburq”un futbolçusu 5 oyunluq cəzalandırıldı
Almaniya Futbol Federasiyasının İntizam Komitəsi “Hamburq”un hücumçusu Maksimilian Baysteri cəzalandırıb. Apasport.az saytının məlumatına görə, sözügedən futbol qurumu 22 yaşlı forvardı beş oyunluq diskvalifikasiya edib.

Buna almaniyalı gənc futbolçunun həm aldığı qırmızı vərəqəsi, həm də hakimi təhqir etməsi səbəb olub. Belə ki, Bayster Bundesliqanın 26-cı turu çərçivəsində “Auqsburq”la keçirilən oyunun 69-cu dəqiqədə meydana əvəzlənərək daxil olub və 11 dəqiqə sonra rəqib komandanın yarımmüdafiəçisi Daniel Bayera qarşı kobudluq edib. Bu zaman görüşün referisi Maksimiliana birbaşa qırmızı vərəq göstərərək meydandan qovub. Hakimin bu qərarı ilə razılaşmayan Bayster isə onu təhqir edib.

Qeyd edək ki, “Hamburq” - “Auqsburq” matçında qonaqlar 0:1 hesabı ilə qalib ayrılıb.