David Qarayev iştirak etmədi, komandası uduzdu
18.03.2013 - 23:47
Azərbaycanlı futbolçu David Qarayevin şərəfini qoruduğu “OİK-Energiya” Rusiya I divizionunun 24-cü turunda növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası səfərdə “Spartak-Nalçik”lə qarşılaşıb.
Matçda meydan sahibləri minimal hesablı qələbə qazanıb. Bu görüşdə David Qarayev zədəli olduğu üçün meydana çıxmayıb.
Qeyd edək ki, “OİK-Energiya” məğlub olmasına baxmayaraq 3-cü pillədəki yerini qoruyub. Onun aktivində 39 xal var.
Bir neçə gün bundan əvvəl Qarayev zədəli olduğu üçün Finlandiya və Estoniya yığmaları ilə yoldaşlıq oyunu keçirəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətindən çıxarılıb. Davidin əvəzinə yığmaya “Neftçi”nin üzvü Kənan Manafov dəvət olunmuşdu.

0
0