Prandelli Tottini dünya çempionatına apara bilər
19.03.2013 - 00:39
Prandelli Tottini dünya çempionatına apara bilər
“Roma”nın kapitanı Françesko Totti İtaliya milli komandasının heyətində növbəti dəfə dünya çempionatında iştirak edə bilər. Apasport.az saytının məlumatına görə, bu haqda yığmanın məşqçisi Çezare Prandelli bildirib.

O, “canavarlar”ın futbolçusunun gənc oğlan kimi oynamağa davam etdiyini vurğulayıb: “Mən indi 20 yaşlı futbolçulara baxıram. Çünki onlar bacarıqlıdırlar. Amma Totti tamamilə başqadır. Biz ona bel bağlamağa məcburuq. Hələ ki o, gənc oğlan kimi oynamağa davam edir. Əgər biz dünya çempionatına yollansaq, mən Tottinin hansı formada olmasına baxacağam”.

Qeyd edək ki, Totti cari mövsümündə İtaliya çempionatında 26 matçda meydana çıxıb və 11 qol vurub.