“Uiqan”ın futbolçusu cəzalanacaq - FOTO
19.03.2013 - 02:45
“Uiqan”ın futbolçusu cəzalanacaq - FOTO
Ötən həftə İngiltərə Premyer Liqasının 30-cu tur çərçivəsində oynanılan “Uiqan” – “Nyukasl” (2:1) qarşılaşmasında xoşa gəlməz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, meydan sahiblərinin futbolçusu Kallum MkManaman qonaqların fransalı oyunçusu Massadio Haidaranın dizinə ayağı ilə zərbə endirib.

Oyunun baş hakimi isə bu hərəkəti yalnız cərimə zərbəsi olaraq qiymətləndirib və hər hansı bir vərəqəyə də ehtiyac duymayıb. Matçdan sonra isə mətbuatın tənqid atəşinə tutulan Kallumun bu hərəkətinə İngiltərə Futbol Federasiyasından açıqlama gəlib.

Sözügedən futbol qurumunun məlumatına görə, qarşılaşmada yaşanan hərəkət xüsusi olaraq araşdırılacaq və MkManaman cərimələyəcək.

Qeyd edək ki, matçın 22-ci dəqiqəsində baş verən bu hadisədən sonra Haidara meydanı xərəklə tərk etmiş və həm futbolçular, həm də kənarda əyləşən rəhbərliklər uzun müddət etirazlarını bildiriblər. Hazırda zədəli olan Massadionun meydana nə vaxt geri dönəcəyi dəqiq bilinmir.