“Papa küçədə futbol oynadığım uşaqlardan biri ola bilər”
19.03.2013 - 03:49
“Papa küçədə futbol oynadığım uşaqlardan biri ola bilər”
Argentina və İspaniya milli komandalarının unudulmaz futbolçusu Alfredo di Stefano maraqlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, “sarı ox” ləqəbli veteran oyunçu uşaqlığında Papa Fransis ilə eyni məhəllədə qaldıqlarını bildirib.

O, bir çox uşaqlarla günün batmasına qədər futbol oynadığı səhnələri gözündə canlandığı zaman bunları ifadə edib: “Papa Fransis və mən Buenos-Ayresdə eyni məktəbə gedirdik. O, bacım Normanın hələ yaşadığı evimizdən, iki blok kənardakı kilsədə qalırdı. Məhəllədəki uşaqların çoxu hava qaralana qədər futbol oynayardı. Papa küçədə futbol oynadığım uşaqlardan biri ola bilər”.

O illərdə “River Pleyt”in gənc komandasında oynadığı üçün bütün məhəllənin özünü tanıdığını bildirən Di Stefano, futbol sevgisi olduğundan papalıq seçimini etmədiyini belə izah edib: “Etiraf etməliyəm ki, hər kəs ağ dumanı seyr edərkən, hər zaman etdiyim kimi bir futbol matçı izləyirdim”.

Qeyd edək ki, 18 qolla “Barselona”nın hücumçusu Lionel Messi ilə “El Klassiko” tarixinin ən çox qol vuran oyunçusu olan Di Stefano “River Pleyt”, “Hurakan”, “Millonarios”, “Real” və “Espanyol”da çıxış edib. O, karyerası ərzində 521 matçda meydana çıxıb və rəqib qapılarından 377 top keçirib.