Sneyder hər şeyə yenidən başlayır
19.03.2013 - 04:20
Qışda “İnter”dən “Qalatasaray”a transfer olunan və İstanbul klubunda göstərdiyi gözəl oyunla yenidən Hollandiya milli komandasının heyətinə dəvət edilən Uesli Sneyder ölkəsinin yerli televiziyalarının birinə açıqlama verib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi 6 aydan sonra yığmaya çağırıldığı üçün xoşbəxt olduğunu bildirib.
O, bunun özü üçün sürpriz olmadığını vurğulayıb: “Uzun müddət oldu. Hər şeyə yenidən başlayıram. Luis van Qaal ilə həmişə görüşürdüm. O, bir dəfə İstanbula da gəldi. Bir çox məsələlərdə söhbətimiz oldu. Həmçinin dünya çempionatı da buna daxildir”.

0
0