Parisdə bilet izdihamı yaşandı
19.03.2013 - 04:45
Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində “Barselona” ilə qarşılaşacaq PSJ artıq oyunun biletlərini satışa çıxarıb. Apasport.az saytının məlumatına görə, Paris təmsilçisinin “Park de Prins” stadionunda satılan biletlərə çox saylı azarkeşlər gəlməyə başlayıb.
Burada azarkeşlər arasında izdiham da yaşanıb. Son olaraq satılan biletlərin qiyməti isə 350 avrodur.
Qeyd edək ki, PSJ sonuncu dəfə Çempionlar Liqasının (ÇL) 1/4 finalında 1994-1995 mövsümündə mübarizə aparıb. İspaniyada keçirilən ilk matç 1:1 hesabı ilə başa çatıb. Cavab qarşılaşmasında isə fransalılar 2:1 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.

0
0