Arda, Burak, Selcuk və Caner şəhər gəzintisində - FOTO
19.03.2013 - 05:10
Cümə günü DÇ-2014-ün seçmə mərhələsində səfərdə Andorra yığması ilə qarşılaşacaq olan Türkiyə milli komandası dünən İspaniyanın Barselona şəhərinə yollanıb. Apasport.az saytının məlumatına görə, gününü istirahətlə keçirən “ay-ulduzlular” bu gün “Espanyol”un stadionunda ilk məşqinə çıxacaq.
Qardaş ölkənin aparıcı futbolçularından olan Arda Turan 2014-cü ildə Braziliyada təşkil ediləcək dünya çempionatına gedəcəklərini iddia edib: “Hər çempionata belə getdik. Aydın olan budur ki, yenə eynisini yaşayacağıq. Andorra ilə başlayıb qrupdan çıxacaq xalları yığacağıq. Türk xalqının duaları ilə bunu bacaracağıq”.
Qeyd edək ki, Barselonada olan qardaş ölkə yığmasının futbolçularından Arda Turan, Burak Yılmaz, Selcuk İnan və Caner Erkin birlikdə şəhər gəzintisinə çıxıblar.

0
0