Kassano oğlunun adını Lionel qoydu
19.03.2013 - 06:18
Kassano oğlunun adını Lionel qoydu
“İnter”in futbolçusu Antonio Kassanonun ikinci oğlu dünyaya gəlib. Apasport.az saytının məlumatına görə, italiyalı hücumçu artıq dünyaya gələn körpəsinin adını da qoyub.

Təcrübəli futbolçu oğluna “Barselona”nın argentinalı oyunçusu Lionel Messinin adını verib.

Oğlunun adını Lionel qoyan Kassano səbəbini belə izah edib: “Ümid edirəm ki, toplara atası kimi (mənim kimi) vurar. Çünki toplara Messi kimi vurmaya da bilər. Oğlumun adını Lionel qoydum. Məncə Messi hazırda dünyanın ən yaxşı futbolçusudur və o, mənim idealımdır. Karolina (həyat yoldaşı) əvvəl bu fikrə qarşı çıxdı. Lakin bu adı, sonda qəbul etdikdə, mən də çox şad oldum”.

Qeyd edək ki, Antonio Kassanonun ilk oğlunun adı Kristoferdir.