Kloze gələn həftə məşqlərə başlayacaq
19.03.2013 - 06:38
“Latsio”nun hücumçusu Miroslav Kloze yenidən yaşıl meydanlara geri qayıdacaq. Apasport.az saytının məlumatına görə, bir müddətdir dizindən zədələnən futbolçu məşqlərə başlayacaq.
Almaniyalı forvard bu vaxt ərzində zədəsini bərpa edib. O, artıq gələn həftə hazırlıqlarına start verəcək. Lakin Kloze hələ ki fərdi proqram üzrə məşqlər edəcək.
Qeyd edək ki, Miroslav Kloze sonuncu dəfə meydana fevral ayında “Cenoa”ya qarşı oyunda çıxıb. Həmin görüşdə “Latsio” rəqibini 3:2 hesabı ilə məğlub edib.

- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0