Ronaldonun gözü Çempionlar Liqasında
19.03.2013 - 07:18
Ronaldonun gözü Çempionlar Liqasında
“Real”ın ulduz futbolçusu Kiştianu Ronaldo İspaniyanın məşhur qəzetlərindən olan “Marca”nın ötən mövsümün ən yaxşı oyunçusu mükafatına layiq görülüb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu mükafatı “Kral klubu”nun əfsanəvi futbolçusu Alfredo di Stefanonun əlindən alıb.

O, mərasimdən sonra “Real”ın hədəfləri ilə bağlı fikirlərini bildirib: “Davam edəcək daha çox yolumuz var. İspaniya Kral kubokda finala qaldıq və Çempionlar Liqasında böyük bir addım atdıq. La Liqa isə çətin olanlardan biridir. Amma sonuna qədər mübarizə aparacağıq. Fərdi olaraq baxdığımda hər şey yolunda gedir. Amma istəyim “Real” üçün böyük bir kubok qaldırmaqdır”.