Kimmo Lipponen: Azərbaycanla oyunda bir az əsəbilik artdı - MÜSAHİBƏ
19.03.2013 - 10:43
Kimmo Lipponen: Azərbaycanla oyunda bir az əsəbilik artdı - MÜSAHİBƏ
Finlandiyanın 18 yaşadək futbolçulardan ibarət yığmasının baş məşqçisi Kimmo Lipponen müsahibə verib. Apasport.az saytının məlumatına görə, skandinaviyalı çalışdırıcı U-19 millimiz üzərində qazanılan qələbədən (1:0) sonra fikirlərini açıqlayıb.

- Aprelin əvvəllərində komandanız Rumıniyaya səfər edəcək. Orda 2 oyun keçirəcəksiz. Azərbaycanla görüşün əhəmiyyəti bu baxımdan nə dərəcədə önəm kəsb edirdi?
- Belə bir qarşılaşma keçirməyimiz əla oldu. Bir neçə oyunçu öz ustalığını bu görüşdə nümayiş etdirməyə imkan tapdı. İndi biz nəinki bir yerdə oynayırıq, eləcə də həmin oyunumuzu birgə göstərə bilirik.

- Oyun haqda nə deyə bilərsiz?
- Fərdi siatuasiyalar haqda danışsaq, kifayət qədər yaxşı oynadıq. Ancaq çox qol vurmaq üçün vaxtımız olmadı. İkinci hissədə oyuna daha yaxşı nəzarət edirdik. Fasilədən sonra daha yaxşı çıxış etdik.

- Hazırlıqlarınız necə gedir?
- Sürətlə. Vaxt etibarilə kifayət qədər yaxşı hazırlıq keçirik. Azərbaycanla oyunda ikinci yarının əvvəlindən etibarən bunun bəhrəsini gördük.

- Azərbaycan fasilədən sonra 2 futbolçu azlıqda qaldı...
- Bu bizim üçün yaxşı göstərici oldu. Çünki rəqib əsəbi oynayarkən oyunda vəziyyət dəyişə bilir. Düzdür, bundan hesabda yararlana bilmədik, ancaq bu da bizə yaxşı mənada bir dərs oldu. Rəqib azlıqda qaldıqdan sonra oyunda bir az əsəbilik artdı. Ancaq son 10 dəqiqədə qarşılaşma yenidən yaxşı məcrada keçməyə başladı. Rumıniya ilə oyundan öncə Azərbaycanla qarşılaşmağımız yaxşı təcrübə oldu.