“Qəbələ” məşqlərə 6 futbolçusuz başlayır
19.03.2013 - 12:30
“Qəbələ” məşqlərə 6 futbolçusuz başlayır
"İnter"lə matçdan sonra 5 günlük istirahətə buraxılan "Qəbələ" bu gün Topaz Premyer Liqasının XXIV turu çərçivəsində keçiriləcək "Qarabağ"la görüşün hazırlıqlarına başlayır. Apasport.az saytının xəbərinə görə, hazırlıq prosesində 6 futbolçu iştirak etməyəcək.

Bunlar milli komandaların heyətinə dəvət alan Amit Quluzadə, Ürfan Abbasov (hər ikisi U-21), Anar Nəzirov, Vurğun Hüseynov (hər ikisi əsas milli komanda) və Umar Kalabandır (Qvineya milli komandası).

Hazırlıqlarda iştirak edə bilməyəcək daha bir futbolçu isə Aleksandr Çertoqanovdur. O, zədəli olduğu üçün məşqlərə qatıla bilmir.