Yığmamız Gürcüstana “4” verdi
19.03.2013 - 14:52
Yığmamız Gürcüstana “4” verdi
Futzal üzrə Azərbaycan milli komandası bu gün yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının əsas seçmə mərhələsinin oyunlarına hazırlaşan baş məşqçi Joze Alesionun yetirmələri Gürcüstan yığması ilə qarşılaşıb.

Təqiblərin dünən baş tutan ilk oyununda 1:2 hesabı ilə uduzan millimiz məğlubiyyətin əvəzini artıqlaması ilə çıxıb. Futzalçılarımız “ABU Arena”dakı 2-ci dueldə qonaqların qapısından 4 cavabsız qol keçirib.

Oyunda hesabı Rizvan Fərzəliyev açıb. Bu qol ilk hissədə yeganə olub. Fasilədən sonra Elnur Qəmbərov, İlkin Hacıyev və Fərid Ələkbərov hərəyə 1 dəfə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, təlim-məşq toplanışında olan millimiz martın 25-də Avropa çempionatının əsas seçmə mərhələsinin oyunlarını keçirmək üçün Slovakiyaya yola düşəcək. Komandamız meydan sahibləri ilə yanaşı Norveç, Bosniya və Herseqovina ilə mübarizə aparacaq.