“Azan səsini eşidəndə bilirəm ki, saat ya 13, ya da 19-dur” - MÜSAHİBƏ
19.03.2013 - 16:44
“Bakı”nın qış “transfer pəncərəsi” dönəmində keçidini həyata keçirdiyi ən uğurlu futbolçu, heç şübhəsiz ki, Marius Penadır. Apasport.az saytının məlumatına görə, rumıniyalı hücumçunun qısa müddət ərzində ölkəmizdə qolları sıralaması onun Rumıniyada da diqqət mərkəzinə düşməsinə səbəb olub. Rumıniyalı jurnalist Korina Mledinoyu Penadan müsahibə götürüb.
- Marius, görürəm ki, artıq 6 oyuna 5 qol vurmusuz. Bu o deməkdir ki, siz Azərbaycana artıq öyrəşmisiz?
- Bəli, mən belə düşünürəm. Çox tez ora uyğunlaşdım və buna görə çox sevinirəm. Həmkarlarım, məşqçilər, bir sözlə hamı mənə tez uyğunlaşmaqda kömək etdi. Mən ora gedəndə “transfer pəncərəsi”, demək olar ki, bağlanmaq üzrə idi və mənim ümumi ritmə düşməyim üçün az vaxtım vardı. Şükür Allaha ki, məndə hər şey sürətlə baş verdi.
- Siz həmkarlarınızdan dəstək aldığınızı dediz. Onların dilində necə başa düşürsüz?
- (gülür) Bu dil olduqca çətindir. Azərbaycan dili ən çətin ünsiyyət vasitəsidir. Ancaq orda rus, ispan və ingiliscə danışmağı bacaran futbolçular da var. Mən isə rus dilində bir az başa düşdüyümdən çətinliyi dəf edirəm. Serb və ispan dillərini yavaş-yavaş öyrənə bilsəm, hər şey qaydasına düşəcək.
- Azərbaycan futbolu ilə Rumıniyadakı arasında hansı fərqlər mövcuddur?
- Bəli, özü də çox. Hazırda bizim birincilik güclüdür, ancaq onlar çox sürətli inkişaf götürüblər. Onlar futbola külli miqdarda pul yatırır, yaxın gələcəkdə orda yaxşı mənada futbol partlayışı olacaq. Mən onların infrastruktura, klub bazalarına necə diqqət ayırmasını gözlərimlə görmüşəm. Onlar tərifə layiqdir!
- Rumıniyadan ayrılmağınız xoş olmadı...
- Yox, ola bilər ki, mən gözəl futbol ailəmdən ayrı düşdüyüm üçün təəssüflənməliyəm. Ancaq futbolçu həyatı belə dəyişikliklərlə keçir. Bu üzdən ancaq irəliyə doğru baxmaq lazımdır!
- Necə düşünürsüz, ora getdikdən sonra həyatınızda dəyişiklik baş verdi?
- Böyük fərqli dəyişiklik olmayıb. Çünki evimdən çox da uzaq düşməmişəm. Əksinə, mən azərbaycanlıların gündüz və gecələr səslənən azan səslərini eşitməyə başlamışam. Artıq buna öyrənmişəm. Hətta saata baxmağa ehtiyac duymuram. Azan səsini eşidəndə bilirəm ki, saat ya 13:00, ya da 19:00-dır (gülür).
- Siz orda olduğunuz vaxt sabiq klubunuz “Otselul”un oyunlarına baxırsız?
- Əlbəttə. Onların Bistritsada “Qloriya”ya necə uduzduqlarını görmüşəm və buna çox təəssüflənmişdim.
- Nə vaxtsa Qalats şəhərinə qayıdacaqsız?
- Ümid edirəm ki, bu nə vaxtsa baş verəcək. Ancaq indi ora qayıtmaq istəmərəm. Mən bir neçə il ölkə xaricində çıxış etmək, daha sonra evə dönməyi arzulayardım.
- Siz “Otselul”da çox xatırlanırsız. Kornel Rıpe ilə əlaqə qurursuz? O da “Otselul”dan “Styaua”ya keçdi...
- Hə, mən yeni komandaya keçdiyi üçün onun yerinə sevinirəm. Çox vaxt keçmiş komanda yoldaşlarımla danışıram. Tez-tez Qabriel Paraskivlə əlaqə saxlayıram.
- Rumıniyada deyilirdi ki, siz də “Styaua” ilə danışıqlar aparırdız. Bu nə dərəcədə real idi?
- Heç kim mənə rəsmi təkliflə bağlı müraciət etməmişdi. Cənab Bekalinin məni istədiyini bilirdim, ancaq onu da eşitmişdim ki, “Styaua”nın meneceri Meme Stoyka mənim keçidimə qarşı idi. Bax bu üzdən o, məşqçilər heyəti ilə birgə məni almamağa qərar verdi.
- Əgər sizin önünüzdə “Styaua”da, ya da Azərbaycanda çıxış etmək kimi variant qoyulsaydı, hansını seçərdiz?
- Ola bilər ki, futbol nöqteyi-nəzərdən “Styaua” variantı daha yaxşı olardı. Ancaq maliyyə tərəfdən məsələyə yanaşsaq, “Bakı”nı seçərdim. Açığı, mənə hazırda bu variantlar təklif olunsaydı, seçimdə çətinlik çəkərdim. Çünki erkən qərar verə bilməzdim.

0
0