“Topaz”da 1 həftəyə 3 milyon manat uduş
19.03.2013 - 16:52
“Topaz”da 1 həftəyə 3 milyon manat uduş
Martın 11-17-də “Topaz”dan oyunçuların qazandığı məbləğ açıqlanıb. Apasport.az saytının məlumatına görə, mərc oyunları operatoru 1 həftə ərzində ümumilikdə 3 milyon 4 min 337 manat uduş verib. Qazanılan bütün uduşlar məbləğindən asılı olmayaraq qaliblərə təqdim edilib.

“Topaz”da bütün uduşların verilməsinə dövlət təminatı mövcuddur. Burada qəbul edilən minimum mərc məbləği cəmi 1 manat, maksimum uduş məbləği 250.000 manat təşkil edir.
“Topaz” bütün qalibləri ürəkdən təbrik edir və onlara yenidən qalib olmalarını arzu edir.

Xatırladaq ki, “Topaz” Azərbaycanda fəaliyyət göstərən ilk qanuni mərc operatorudur.

Ötən il sentyabrın 19-dan “Topaz” Azərbaycan Premyer Liqasını dəstəkləyir və Azərbaycan Premyer Liqası “Topaz Premyer Liqası” adlandırılır. Əlavə məlumat almaq üçün www.topaz.az internet saytına daxil olamaq kifayətdir.