“Rəvan” günə 2 məşqlə yekun vurdu
19.03.2013 - 20:25
“Rəvan” günə 2 məşqlə yekun vurdu
“Rəvan” çempionatın qalan bölümünə hazırlıqlarını davam etdirir. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bu gün “uçan-aslanlar” 2 məşqə çıxıb. Səhər hazırlığında futbolçular daha çox fiziki məşğələlərə üstünlük verib. Fiziki hazırlıq üzrə məşqçi Rastislav Svitskinin bilavasitə nəzarətdə saxladığı məşqdə oyunçuların çatışmayan cəhətləri üzərində ciddi işləməsi daha çox diqqət çəkib. Təxminən 1 saatlıq hazırlıqdan sonar futbolçular istirahətə buraxılıb.

Amma bir neçə saatlıq. Çünki saat 16:00-da komanda günün ikinci məşqinə çıxıb. Bu dəfə futbolçular ənənəvi isinmə hərəkətlərindən sonra daha çox topu özündə saxlama, topa sahibolma, standart vəziyyətlər və qapıya zərbələr üzərində işləyib. Bayram ərəfəsində futbolçuların yüksək əhval-ruhiyyədə olduğu dərhal sezilib.

Qeyd edək ki, “Rəvan” bayram günlərində də məşqlərə ara verməyəcək. Özü də gündə 2 dəfə hazırlıq keçəcəklər. Martın 23-də isə “Rəvan” yoldaşlıq oyunu keçirəcək. Rəqib əvvəlcədən gözlənildiyi kimi “Neftçi” yox, “Bakı” olacaq.