“Xəzər Lənkəran” azarkeşləri Con Toşaka bayram sovqatı təqdim etdilər - FOTOSESSİYA
19.03.2013 - 20:54
“Xəzər Lənkəran” azarkeşləri Con Toşaka bayram sovqatı təqdim etdilər - FOTOSESSİYA
Hər il olduğu kimi bu dəfə də il axır çərşənbə axşamı “Xəzər Lənkəran”nın fəal azarkeşləri komandanı təbrik etmək üçün bayram sovqatları ilə bazaya yollanıblar. Apasport.az saytının məlumatına görə, azarkeşlər süfrə arxasında olan baş məşqçini və futbolçuları bayram münasibəti ilə təbrik etdikdən sonra öz ürək sözlərini deyiblər.

Con Benjamin Toşakın baş məşqçi təyin olunmasını önə çəkərək klub rəhbərliyinin bu addımının düzgün olduğunu qeyd ediblər. Azarkeşlər həmçinin komandaya inandıqlarını və yaxın gələcəkdə Con Toşakın rəhbərliyində uğurlar qazanacağını da səbirsilziklə gözlədiklərini dilə gətiriblər.

Mənbə: 12cioyuncu.info