Abidal “Barselona”nın ehtiyat komandasında çıxış etdi
19.03.2013 - 21:45
Abidal “Barselona”nın ehtiyat komandasında çıxış etdi
Ötən ilin aprelində qaraciyərindən cərrahiyyə əməliyyatı olunan “Barselona”nın müdafiəçisi Erik Abidal yenidən yaşıl meydanlara qayıdıb. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu “Barselona”nın ehtiyat komandasının heyətində Fransanın “İstr” klubuna qarşı forma geyinib.

33 yaşılı oyunçu həmyerlilərinin komandasına qarşı 65 dəqiqə mübarizə aparıb.

Qeyd edək ki, həkimlər Abidala oynamağa hələ fevralın 21-dən icazə vermişdilər. Lakin Erik cərrahiyyə əməliyyatı olunandan sonra meydanda topa ilk toxunuşunu yalnız bu gün reallaşdırdı.