Di Matteo “Ridinq”in təklifini imtina etdi
19.03.2013 - 22:10
Ötən mövsüm “Çelsi”yə Çempionlar Liqasını qazandıran Roberto di Matteoya yenidən Premyer Liqa təmsilçisindən təklif gəlib. Apasport.az saytının məlumatına görə, ingilis klublarından “Ridinq” italiyalı mütəxəssisi komandanın boş qalan “sükanı arxasına” gətirmək istəyib.
Lakin Di Matteo “Ridinq” rəhbərliyinin təklifindən imtina edib. İndi klubun sahibi Anton Zinqareviç digər çalışdırıcı ilə danışıqlara başlamağı planlaşdırır. Bu, “Barselona”nın sabiq futbolçusu, ötən mövsüm “Roma”nı çalışdıran və İtaliya klubu ilə yollarını ayıran Luis Enrikedir.
Qeyd edək ki, “Ridinq”in baş məşqçi postundan Brayan Makdermotta martın əvvəlində istefaya göndərilmişdi. Komandaya isə müvəqqəti rəhbərlik etmək vəzifəsi klubun akademiyasının məşqçisi İmonn Dolana tapşırılıb.

0
0