Totti: “Yuventus” artıq Skudettonu qazanıb
20.03.2013 - 04:40
Totti: “Yuventus” artıq Skudettonu qazanıb
“Roma”nın kapitanı Françesko Totti maraqlı fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, 36 yaşlı yarımmüdafiəçi komandası ilə yenidən Çempionların Liqasında oynamaq istədiyini bildirib.

O, hazırda İtaliya A seriyasında liderliyini davam etdirən “Yuventus”un ölkə çempionu ola bilməyəcəyini düşünür: “Mənim əsas xəyallarımdan biri yenidən “Roma” ilə Çempionların Liqasında oynamaqdır. Və bu da görünür olacaq. Skudetto? Onu artıq “Yuventusu” qazanıb”.

Qeyd edək ki, İtaliya A seriyasında 65 xalla lider olan “Yuventus”u yaxın izləyicisi “Napoli” ilə 9 xal ayırır.