Millimizin 562 günlük həsrəti
21.03.2013 - 10:00
Azərbaycan milli komandası 2014-cü il dünya çempionatının seçmə mərhələsində növbəti oyununda 562 günlük həsrətə son qoymağa çalışacaq. Apasport.az saytının məlumatına görə, martın 22-də Lüksemburq yığmasının qonağı olacaq millimiz almaniyalı baş məşqçisi Berti Foqtsun rəhbərliyi altında artıq il yarımdır rəsmi matçlarda qalib gələ bilmir.
Yığmamız bu müddətdə 5 belə oyun keçirib ki, bunlardan 1-si hələ ötən, qalan 4-ü cari seçmə mərhələyə aiddir. Foqtsun komandası sonuncu rəsmi qələbəsini 2012-ci ilin sentyabrın 6-da Qazaxıstan yığmasını Tofiq Bəhramov adına Respublika stadionunda 3:2 hesabı ilə məğlub edəndə qazanıb. Bundan sonra seçmə mərhələni səfərdə Türkiyə yığmasına 0:1 hesablı məğlubiyyətdə başa vuran millimiz hazırkı seçmə mərhələyə qələbəyə həsrətdir. Keçirilən 4 matçdan 2-si heç-heçə nəticələnib. Bunlar İsraillə Bakıda, Şimali İrlandiya ilə Belfastda 1:1 hesabı ilə nəticələnən matçlardır. Digər 2 oyunda isə səfərdə Portuqaliyaya 0:3, Rusiyaya 0:1 hesabı ilə uduzmuşuq.
Ümumiyyətlə, Foqtsun 2008-ci ilin aprelindən sükanı arxasında olduğu millimizdə qələbələrindən çoxu yoldaşlıq görüşündə olub. Rəsmi oyunlarda 3 qələbədən ilk 2-si oktyabrda - 2009-da Vadutsda Lixtenşteyn yığmasına 2:0, bundan 1 il sonra Bakıda Türkiyə yığmasına 1:0 hesabı ilə qalib gəldiyimiz oyunlardır. Foqts cari seçmə mərhələyə hələ qələbə ilə başlamadığından, buna Lüksemburqda nail olmağa çalışacaq.
Mehman SÜLEYMANOV
Lüksemburq

0
0