Leonardo Roşa “İnter”ə qayıdır
20.03.2013 - 23:50
Braziliyalı futbolçu Leonardo Roşa karyerasını yenidən “İnter”də davam etdirəcək. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, 2009-2010-ci illərdə “bankirlər”in heyətində çıxış edən hücumçu dünən Bakıya gəlib və bu gün tibbi müayinədən keçib.
Bayram günləri ilə əlaqədar Roşa ilə hələ müqavilə imzalanmayıb. Rəsmi müqavilə bağlanandan sonra futbolçunun adını “İnter”in sifariş ərizəsinə daxil edilməsi gözlənilir.
Qeyd edək ki, Leo Roşa azad agent statusuna malikdir. Onun son çıxış etdiyi klub isə Braziliyanın Seria D çempionatında mübarizə aparan "Treze" klubu olub.

- “Yuventus”dan yeni transfer - RƏSMİ
- “Mançester Siti” Enzo Fernandezdən əl çəkmir – Danışıqlar yenidən başlayır
- Kanselo “Barselona”ya qayıdır – Portuqaliyalı İspaniyada
- Qakpo “Liverpul”u tərk edir – “Tottenhem”lə razılaşdı
- Rodrinin əvəzləyicisi tapıldı – “Mançester Siti” 18 yaşlı ulduzu transfer edir
0
0