Vaqif Cavadovu Lüksemburqda dəstəkləməyə kim gəlib? - FOTO
21.03.2013 - 12:49
Vaqif Cavadovu Lüksemburqda dəstəkləməyə kim gəlib? - FOTO
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun atası Füzuli Cavadov Lüksemburqa yollanıb. Apasport.az saytının Lüksembuqra ezam olunmuş əməkdaşının məlumatına görə, futbol veteranımız milli komanda ilə birgə bura gələn nümayəndə heyətində yer alıb.
Oyunlara AFFA nümayəndəsi kimi təyinat alan Cavadov sabah Lüksemburqla keçiriləcək rəsmi matçda yığma ilə yanaşı, “Qarabağ”da çıxış edən 24 yaşlı oğluna dəstək olacaq.

Özü bu, atanın Lüksemburqa 2-ci səfəridir. Belə ki, bu ölkənin millisinə 2010-cu ilin martın 3-də burada 2:1 hesabı ilə qalib gəldiyimiz yoldaşlıq görüşündə də Cavadov oğlunun yanında idi. Fərq ondadır ki, həmin vaxt “Tvente”nin futbolçusu olan Vaqif atası ilə birgə Hollandiyadan Lüksemburqa gəlmişdi. Ancaq hücumçu həmin matçda iştirak etməyərək, kənarda qalmışdı. Çünki onda zədəli olan Vaqif millini dəstəkləmək üçün bura təşrif buyurmuşdu.

Mehman SÜLEYMANOV
Lüksemburq