Basketbolçularımız “Novruz” turnirinin final mərhələsinə keçdi
21.03.2013 - 22:45
Basketbolçularımız “Novruz” turnirinin final mərhələsinə keçdi
Qırğızıstanın Bişkek şəhərində keçirilən kişi basketbolçular arasında ənənəvi “Novruz” turnirində yarımfinal mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi Qırğızıstan komandas ilə üz-üzə gəlib.

Qarşılaşmada Elxan Əliyevin baş məşqçisi olduğu yığmamız rəqibini məğlub etməyi bacarıb. Baxmayaraq ki, millimiz qrup mərləsəsində qırğızıstanlılara 70:83 hesabı ilə uduzmuşdu. Amma bu dəfə basketbolçularımız meydan sahiblərini 91:86 hesabı ilə üstələyib adını finala yazdırıb.

Millimiz həlledici mərhələdə isə Qazaxıstanın “Kapşaqay” klubu ilə qarşılaşacaq. Belə ki, ABŞ-ın “AİA” komandası ilə görüşən qazaxıstanlılar rəqibini 94:86 hesabı ilə məğlub edib finala keçib.