Braziliya İtaliya ilə sülh bağladı
22.03.2013 - 01:50
Braziliya İtaliya ilə sülh bağladı
Braziliya yığması DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya ilə yoldaşlıq oyunu öncəsi İtaliya ilə qarşılaşıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Cenevrə şəhərində keçirilən yoldaşlıq görüşündə qalib müəyyənləşməyib.

Tərəflər hərəyə 2 dəfə fərqlənərək meydandan sülhlə ayrılıb -2:2.

Digər oyunlarda isə İordaniya Belarus yığmasını, Küveyt Fələstini üstələməyi bacarıb.

Qeyd edək ki, Rusiya – Braziliya matçı martın 25-də Londonun “Stemford Bric” stadionunda reallaşacaq.

Yoldaşlıq oyunu
21 mart


Braziliya - İtaliya - 2:2
İordaniya – Belarus - 1:0
Küveyt – Fələstin – 2:1