Kriştianu Ronaldo Bakıda oynamayacaq
22.03.2013 - 20:32
Portuqaliya milli komandası DÇ-2014-ün seçmə mərhələsinin Bakıdakı oyununa itki ilə gəlir. Apasport.az saytının məlumatına görə, dünyanın 2 ən güclü futbolçusundan biri olan Kriştianu Ronaldo martın 26-da Azərbaycan milli komandası ilə keçiriləcək oyunda iştirak etməyəcək.
Buna səbəb İspaniya “Real”ında çıxış edən ulduz futbolçunun cəzalı duruma düşməsidir. Belə ki, Ronaldo seçmə mərhələnin bu gün İsraillə səfərdə keçirilən görüşünün (3:3) 72-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanıb. Bu, onun seçmə mərhələdə 2-ci vərəqəsi olub.
Ötən il sentyabrın 11-də Azərbaycanla ev oyununda da sarı vərəqə ilə cəzalanan hücumçu bu üzdən də cəzalı duruma düşüb. Ronaldo Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşmanı buraxmalı olacaq.

0
0