Millimizin rəqibləri xalları yarı böldülər
22.03.2013 - 22:50
Millimizin rəqibləri xalları yarı böldülər
Bu gün DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, F qrupunda mübarizə aparan Azərbaycan milli komandasının səfərdə Lüksemburqla qarşılaşacağı gündə yığmamızın digər rəqibləri də münasibətlərinə aydınlıq gətirib.

Martın 26-da Bakıda millimizlə üz-üzə gələcək Portuqaliya bu dəfə səfərdə İsraillə qarşılaşıb. Görüşdə qapılara 6 qol vurulub. Lakin bol qollu keçən oyunda qalib müəyyənləşməyib – 3:3.


DÇ-2014-ün seçmə mərhələsi
F qrupu
22 mart


İsrail - Portuqaliya - 3:3
Hemed, 24, Basat, 40, Gerson, 70 - Alveş, 2, Poştiqa, 72, Koentrao, 90