Azərbaycan Estoniyanı 4 cavabsız topla məğlub etdi
22.03.2013 - 23:26
Estoniyada təşkil olunan təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün yoldaşlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, Estoniyanın U-19 millisi ilə qarşılaşan komandamız 4:0 hesablı qələbə qazanıb.
Oyunda hərəyə bir dəfə Coşqun Diniyev və Fəhmin Muradbəyli fərqlənib. Ruslan Nəsirli isə dubl edib.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.
Mənbə: affa.az
Oyunda hərəyə bir dəfə Coşqun Diniyev və Fəhmin Muradbəyli fərqlənib. Ruslan Nəsirli isə dubl edib.
Qeyd edək ki, bu komandalar arasında növbəti oyun martın 24-də keçiriləcək.
Mənbə: affa.az
0
0