“Simurq” qonşu ölkədə məşqə çıxdı
23.03.2013 - 01:15
“Simurq” qonşu ölkədə məşqə çıxdı
Milli komandanın DÇ-2014-ün seçmə mərhələsindəki oyunları ilə əlaqədar Topaz Premyer Liqasında yaranmış fasilədən istifadə edən “Simurq” artıq Gürcüstandadır. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bu gün “Dila” ilə yoldaşlıq görüşü keçirdəcək Zaqatala təmsilçisi oyunöncəsi məşqinə çıxıb.

Əvvəlcə futbolçuları başına toplayan baş məşqçi Georgi Çixradze tapşırıqlarını verdikdən sonra, fiziki hazırlıq üzrə məşqçi Aleksandr Karakliçin rəhbərliyi altında çalışmalara start verilib. Daha sonra taktiki tapşırıqlar yerinə yetirilib. Sonda isə ikitərəfli oyunla hazırlıqlar tamamlanıb.

Qeyd edək ki, “Simurq”un “Dila” ilə keçirdəcəyi yoldaşlıq görüşü bu gün saat 16:00-da start götürəcək.