Türkiyə qazandı, İspaniya büdrədi
23.03.2013 - 02:00
Türkiyə qazandı, İspaniya büdrədi
DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamızın yer aldığı F qrupu ilə yanaşı, digər qruplarda da bir sıra görüşlər reallaşıb.

Azərbaycanlı futbolsevərlər üçün maraq doğuran görüşlərdən biri qardaş Türkiyə millisinin Andorra ilə səfər oyunu idi. Qarşılaşmada “ay-ulduzlular” meydan sahiblərinin qapısından 2 cavabsız top keçirərək 3 xala seviniblər.

Gecənin ən bol qollu keçən oyunu isə San Marinoda baş tutub. Burada “cırtdan ölkə”nin təmsilçiləri İngiltərəni qonaq edib. Görüşdə ingilislər San Marinonu darmadağın edib - 0:8.

İspaniya isə evində Finlandiyanın müqavimətini qıra bilməyib. Görüşdə tərəflər hərəyə 1 dəfə fərqlənərək meydandan sülhlə ayrılıb.


DÇ-2014-ün seçmə mərhələsi
22 mart


A qrupu
Xorvatiya - Serbiya - 2:0
Mandzukiç, 23, Oliç, 37

Makedoniya – Belçika – 0:1
De Bruyne, 26

Şotlandiya – Uels – 1:2
Honley, 45+1 – Ramsey, 72-pen, Robson-Kanu, 74

B qrupu
Bolqarıstan - Malta - 6:0
Tonev, 6, 38, 68, Popov, 47, Qarqorov, 54, İvanov, 78

Çexiya - Danimarka - 0:3
Kornelius, 57, Kyaer, 67, Zimlinq, 82

C qrupu
Qazaxıstan - Almaniya - 0:3
Şvaynştayger, 20, Qotze, 22, Müller, 73

Avstriya – Farer adaları - 6:0
Hosiner, 8, 20, İvanşits, 28, Yunusoviç, 77, Alaba, 78, Qariks, 82

İsveç – İrlandiya - 0:0

D qrupu
Andorra – Türkiyə - 0:2
Səlcuk, 30, Burak, 45+2

Hollandiya – Estoniya - 3:0
Van der Vaart, 47, Van Persi, 72, Şaken, 84

Macarıstan – Rumıniya - 2:2
Vanczak, 16, Dzsudzsak, 71-pen - Mutu, 68-pen, Çipciu, 90

E qrupu
Sloveniya – İslandiya - 1:2
Novakoviç, 34, Siqurdsson, 55, 78

Norveç – Albaniya - 0:1
Salihi,

23 mart
Kipr– İsveçrə

G qrupu
Lixtenşteyn – Latviya - 1:1
Polverino, 18, Kauna, 30

Slovakiya – Litva - 1:1
Jakupko, 40 - Şernas, 19

Bosniya və Hersoqovina – Yunanıstan - 3:1
Dzeko, 29; 54, İbişeviç, 36-pen – Gekas, 90+2

H qrupu
Moldova –Monteneqro - 0:1
Vuçiniç, 78

Polşa - Ukrayna - 1:3
Piszçsek, 18 Yarmolenko, 2, Qusev, 7, Zozulya, 44

San Marino – İngiltərə - 0:8
Della Vella, 12-avtoqol, Çemberlenq, 29, Defo, 35, Yanq, 39, Lempard, 42, Runi, 54

I qrupu
İspaniya – Finlandiya - 1:1
Serxio Ramos, 49 - Pukki, 79

Fransa - Gürcüstan - 3:1
Qiroud, 45, Valbuena, 47, Riberi, 61 - Kobakhidze, 71