“Bakı”nın futbolçularından yalnız İvanovs forma geyindi
23.03.2013 - 04:00
“Bakı”nın futbolçularından yalnız İvanovs forma geyindi
“Bakı”nın heyətində çıxış edən legioner futbolçulardan 3-ü milli komandalarının heyətində DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində növbəti matçını keçirib. Apasport.az saytının məlumatına görə, bunlar “zolaqlılar”ın müdafiəçiləri Deniss İvanovs və George Popxadze, yarımmüdafiəçisi Deividas Çesnauskisdir.

Belə ki, Latviya yığmasının şərəfini qoruyan İvanovsun komandası Lixtenşteynlə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb.

Gürcüstan millisində çıxış edən Popxadzenin komandası isə Fransa ilə qarşılaşıb. Bu matçda isə gürcülər məğlub olub - 3:1.

Litvanın formasını geyinən Çesnauskisin komandası isə Slovakiya ilə münasibətlərinə aydınlıq gətitib. Hərəyə 1 dəfə fərqlənən tərəflər meydandan sülhlə ayrılıb.

Qeyd edək ki, bu futbolçulardan yalnız Deniss İvanovs start heyətdə meydana çıxıb və 90 dəqiqə rəqibə qarşa mübarizə aparıb.