892 gündən sonra
23.03.2013 - 13:10
892 gündən sonra
Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsinin Lüksemburqla oyununda uğursuz seriyaya son qoyub. Apasport.az saytının məlumatına görə, səfərdə qolsuz heç-heçə edən Berti Foqtsun yetirmələri uzun fasilədən sonra seçmə oyunda meydanı qol buraxmadan tərk edib.

Yığmamızın sonuncu belə oyunu 2010-cu il oktyabrın 12-də keçirmişdi. Həmin vaxt millimiz Bakıda Türkiyəni 1:0 hesabı ilə məğlub etmişdi. 892 gün əvvəl baş tutan Avro-2012-nin seçmə oyunundan sonra millimiz ardıcıl 11 matç idi qol buraxırdı. Bu müddətdə Avro-2012-nin 7, DÇ-2014-ün 4 matçında rəqiblər yığmamızın qapısına ən azı 1 qol vururdu.

Səfərdə qol buraxmadığımız son seçmə matçı isə 2009-cu il oktyabrın 10-da baş tutub. 1258 gen əvvəl yığmamız DÇ-2010-nun Vadutsdakı seçmə oyununda Lixtenşteynə qalib gəlmişdi – 2:0.