Dünyada 16-cı
23.03.2013 - 14:20
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) bu ildən etibarən yeni hesablamalara start verib. Apasport.az saytının məlumatına görə, dünyanın nüfuzlu futbol statistikası qurumu milli çempionatlarda keçirilən ev oyunlarındakı ən uzun məğlubiyyətsizlik seriyaları ilə bağlı araşdırmaya başladı.
İFFHS-in dünyanın bütün ölkələrindəki nümayəndələrinə öz çempionatları ilə bağlı analoji hesablama aparıb ən azı 50 ardıcıl ev oyununda uduzmayan klubların siyahısını göndərməklə bağlı müraciət olundu.
Azərbaycanda bu iş apasport-un üzərinə düşdü. Ölkə çempionatlarının 21 illik tarixini araşdırıb 2 komandanın dünya standartlarına uyğun evdə məğlubiyyətsiz seriyaya malik olduğunu müəyyənləşdirdik. Dünya standartları dedikdə onu nəzərdə tuturuq ki, texniki nəticələr nəzərə alınmır. Texniki məğlubiyyət seriyanı qırmırsa, qələbə də bu sayı artırmır.
Araşdırmalar göstərdi ki, ölkəmizin yalnız 2 klubunun belə seriyası olub. Azərbaycanın ən titullu klubu “Nefti” ölkə rekordunu müəyyənləşdirməklə 57 ev oyununda məğlub olmayıb. “Turan”ın seriyası isə 54 oyundan ibarətdir.
Bakılılar ölkə çempionatından imtina edib oynamadığı 1993/94 mövsümündə 4 ev oyununda texniki məğlubiyyətlə cəzalanıb. Lakin həmin nəticələr nəzərə alınmadığından seriyanı qırmayıb. İlk milli çempionatın startından ardıcıl 4 mövsüm evdə uduzmayan “ağ-qaralar” yalnız 1995/96 mövsümündə öz meydanında yenilib. Bu da sayca 5-ci çempionatda “altılıq” mərhələsi ərəfəsində baş verib. “Turan”ın seriyası isə nisbətən gec gerçəkləşib. İFFHS bu seriyaları təkcə klublar deyil, həm də baş məşqçilərin adları ilə qeydə alıb.
Siyahıda klubun cə ya baş məşqçinin uduzmadığı ilk və son oyunun tarixi, seriyadakı oyun sayı, həmçinin bu matçlardan neçəsinin qələbə və heç-heçə bitməsi əksini tapıb.
Neftçi (Bakı) 08.05.1992(ilk məğlubiyyətsiz oyun)-28.02.1996 (son məğlubyyətsiz oyun) 57 (47 qələbə / 10 heç-heçə)
Baş məşqçilər:
Əhməd Əlasgarov (Azərbaycan) 08.05.1992-08.11.1992 17 (15 / 2)
Sergey Kramarenko (Azərbaycan) 27.02.1993-17.04.1993 5 (3 / 2)
Böyükağa Aghayev (Azərbaycan) 15.05.1993 1 (1 / 0)
Vagif Sadıqov (Azərbaycan) 30.06.1993-03.12.1995 32 (27 / 5)
Kazbek Tuayev (Azərbaycan) 11.02.1996-28.02.1996 2 (1 / 1)
Turan (Tovuz) 16.10.1993-22.11.1997 54 (46 / 8)
Baş məşqçilər:
Ruslan Abdullayev (Azərbaycan) 16.10.1993-31.10.1993 3 (3 / 0)
Xanoğlan Abbasov (Azərbaycan) 14.11.1993-08.12.1993 3 (3 / 0)
Kazbek Tuayev (Azərbaycan) 06.03.1994-01.10.1995 21 (20 / 1)
Xanoğlan Abbasov (Azərbaycan) 01.11.1995-22.11.1997 27 (20 / 7)
İFFHS artıq bir çox ölkələrdəki nümayəndəsinə müraciətinin cavabını alıb. Bu üzdən qurum ilkin siyahını dərc edib. Burada hələlik planetin 22 ən uzun seriyası əksini tapıb.
50 və daha çox oyundan ibarət seriyaların siyahısına Rumıniya “Styaua”sı başçılıq edir. Buxarest təmsilçisi 05.12.1989-31.07.1996 aralığında ardıcıl 122 ev oyununda uduzmayıb. Digər Buxarest təmsilçisi “Dinamo”nun da seriyası 3 rəqəmlə ifadə olunur – 100 oyun. Apasport.az-ın araşdırıb dünyaya tanıtdığı seriyalar da bu “22-lik”də yer alıb. “Neftçi” bu siyahıda 16-cı, “Turan” isə 19-cudur.
Vüqar XEYRULLAYEV

0
0