AFFA jurnalistlərə avtomobil ayırdı
23.03.2013 - 17:12
AFFA jurnalistlərə avtomobil ayırdı
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun “Sheraton Baku Airport Hotel”də keçiriləcək mətbuat konfransına gedəcək jurnalistlər üçün AFFA tərəfindən avtomobil ayrılacaq. Apasport.az saytının məlumatına görə, martın 25-də baş tutacaq mətbuat nümayəndələri üçün nəzərdə tutulmuş avtomobil saat 11:00-da AFFA-nın inzibati binasının qarşısından yola düşəcək.

Qeyd edək ki, mətbuat konfransı saat 12:00-da başlayacaq.

Mənbə: affa.az