Qol vurmadan 3 xal
23.03.2013 - 17:14
Azərbaycan milli komandası DÇ-2014-ün seçmə mərhələsinin Lüksemburqla oyununda qolsuz heç-heçə etməklə FİFA reytinqində hesabına 3 xal əlavə edib. Apasport.az saytının məlumatına görə, səfərdəki bərabərliyin ümumi dəyəri 125 xala çatıb. Lakin bu göstərici son 4 ildəki oyunlarla cəmləşdikdən reytinqimizə cəmi 3 xalla töhfə verib. Bu matçadək FİFA reytinqində hesabında 286 xal olan yığmamız indi bu rəqəmi 289-a çatdırıb.
Martın 26-da Portuqaliya ilə Bakıda keçiriləcək oyunda da heç-heçə qeydə alınarsa, millimiz daha 35 xal əldə edəcək. Bu halda hesabımızdakı xalların sayı 324-ə bərabər olacaq. Qələbə isə 132 xallıq sıçrayışa səbəb olacaq. Belə olan halda millimiz 421 xala sevinəcək. Məğlubiyyət isə bizi 10 xal geri salıb “276”da saxlayacaq.

0
0