Millimizin rəqibinin start heyəti açıqlandı
25.03.2013 - 23:00
Millimizin rəqibinin start heyəti açıqlandı
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığmasının baş məşqçisi Fabio Kapello Braziliya ilə keçirəcəkləri yoldaşlıq görüşü üçün start heyəti açıqlayıb. Apasport.az saytının məlumatına görə, italiyalı çalışdırıcı ilk dəqiqədən qapını Moskva “MOİK”nin 29 yaşlı qolkiperi Vladimir Qabulova tapşırıb.

Qeyd edək ki, Rusiya – Braziliya qarşılaşması “Stemford Bric” stadionunda baş tutacaq. Matç isə Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Rusiya yığmasının start heyəti:

Rusiya: Qabulov, Anyukov, V.Berezuskiy, İqnaşeviç, Yeşenko, Qluşakov, Şırokov, Fayzulin, Kokorin, Bistrov, Kerjakov.