Türkiyənin rəqibləri bəlli oldu
25.03.2013 - 23:50
Türkiyənin rəqibləri bəlli oldu
FİFA U-20 dünya çempionatının püşkatma mərasimini keçirib. Apasport.az saytının məlumatına görə, mərasim Türkiyənin İstanbul şəhərində baş tutub.

Tədbirdə FİFA U-20 dünya kubokunun təşkilat komitəsinin başçısı Jim Boys, FİFA-nın baş katibi Cerom Valke, “Qalatasaray”ın baş məşqçisi Fateh Terim, sabiq futbolçusu Hakan Şükür və Rüştü Reçber iştirak edib.

Qeyd edək ki, turnir bu il Türkiyədə keçiriləcək. Qarşılaşmalar 21 iyundan 13 iyul arasında reallaşacaq.

A: İspaniya, Afrika qitəsindən 1 komanda, ABŞ, Fransa

B: Cənubi Koreya, Afrika qitəsindən 1 komanda, Kuba, Portuqaliya

C: Kolumbiya, Avstraliya, El Salvador, Türkiyə

D: Meksika, Afrika qitəsindən 1 komanda, Paraqvay, Yunanıstan

E: Afrika çempionu, İraq, Çili, İngiltərə

F: Okeaniya çempionu, Özbəkistan, Uruqvay, Xorvatiya