“Milan” Alleqri ilə yollarına davam edəcək
26.03.2013 - 00:37
“Milan” Alleqri ilə yollarına davam edəcək
“Milan”ın vitse-prezidenti Adriano Qalliani baş məşqçi Massimiliano Alleqrinin yayda komandadan ayrılacağı ilə bağlı xəbərlərə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, klub nümayəndəsi bunları təkzib edib.

O bildirib ki, Alleqri heç bir yerə getməyəcək: “Massimiliano komandadan ayrılmayacaq. O, “Milan”da işləməkdən şaddır və burada da qalacaq. Alleqri ənənəvi olaraq hər mövsümə pis başlayır. Bunu “Kalyari”də də görə bildiniz. Yayda komandada çoxlu dəyişikliklər oldu. Ümid edirəm ki, növbəti mövsümdə biz daha yaxşı çıxış edəcəyik”.

Qeyd edək ki, Massimiliano Alleqrinin müqaviləsinin müddəti 2014-cü ilin iyununda başa çatacaq. Hazırda isə “Milan” A seriyasının turnir cədvəlində 3-cü pillədə gedir və “Napoli”dən 2 xal geri qalır.