Vaqif Əliyev: Arşavinin keçidi tamamilə mümkündür
26.03.2013 - 01:38
Vaqif Əliyev: Arşavinin keçidi tamamilə mümkündür
“Simurq”un direktoru Vaqif Əliyev hazırda “Arsenal”ın formasını geyinən Andrey Arşavinin Azərbaycan klublarından birinə keçmək ehtimalı ilə bağlı Rusiya mətbuatına müsahibə verib. Apasport.az saytı həmin müsahibəni təqdim edir.

- Mən bu xəbəri bir az olar eşitdim. Hesab edirəm ki, Arşavinin Azərbaycana keçməsi tamamilə realdır.

- Arşavin “Simurq”a lazım ola bilər?
- Əlbəttə (gülür). Arşavin bizim çempionatımızın istənilən klubuna lazım olar. Hərçənd, biz onu almağa iddia etmirik.

- Azərbaycanda belə futbolçulara yüksək maaş ödəyə biləcək klublar var?
- Bunu demək çətindir. Mənim tərəfimdən başqa komandaların pulu haqqında danışmaq tamamilə düzgün olmazdı. Düşünürəm ki, pul məsələsi tamamilə həll olunar. Əsas Andreyin özü burada oynamaq istəsin.

- Arşavin yalnız öz oyunu ilə deyil, həm də bəzi qalmaqallı bəyanatlarla məşhurdur. Azərbaycanda “bu, sizin problemləriniz” kimi hallar təkrar olmayacaqmı?
- Xeyir, istisnadır. Burada o yenidən başqa tərəfdən açılardı və öz oyunu ilə bütün ölkəni sevindirərdi. Bizim ölkəmizdə belə güclü oyunçunun gəlməsi böyük bayram olardı. İstənilən klubun azarkeşləri Andreyi sevinclə qəbul edərdilər.