Yığmamızın rəqibi Braziliya ilə heç-heçə etdi
26.03.2013 - 02:00
Yığmamızın rəqibi Braziliya ilə heç-heçə etdi
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Rusiya yığması yoldaşlıq oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, şimal qonşularımızın rəqibi Braziliya millisi olub.

Londonun “Stemford Bric” stadionunda baş tutan matçda qalib müəyyənləşməyib - 1:1.

Fasiləyə qədərə hesabı aça bilməyən tərəflər istəklərinə ikinci hissədə nail olublar. Əvvəlcə ruslar oyunun 73-cü dəqiqəsində Cənubi Amerika təmsilçilərini mərkəzdən başlamağa dəvət ediblər. Sona qədər hesabda üstünlüklərini qoruya bilməyən Fabio Kapellonun yetirmələri 90-cı dəqiqədə Fredin fərqlənməsinə mane ola bilməyiblər.

Yoldaşlıq oyunu
25 mart
Braziliya – Rusiya - 1:1
Fred, 90 - Fayzulin, 73