“Azərbaycanda Arşavinə pul ödəyə biləcək klublar var”
26.03.2013 - 03:09
Milli komandamızın sabiq futbolçusu, İqor Ponomaryovun oğlu Anatoli Ponomaryov rusiyalı futbolçu və hazırda “Arsenal”ın şərəfini qoruyan Andrey Arşavinin Azərbaycan çempionatına keçmək ehtimalı ilə bağlı Rusiya mətbuatına fikirlərini bildirib. Apasport.az saytının məlumatına görə, o, London təmsilçisinin yarımmüdafiəçisinin Topaz Premyer Liqasında çıxış edən klublarımızın birinə keçmə şanslarını müsbət dəyərləndirib
Ponomaryov Azərbaycanda Arşavinə pul ödəyə biləcək klubların olduğunu vurğulayıb: “Bu keçidin nə dərəcədə mümkün olduğunu bilmirəm. Amma bu əla olardı. Azərbaycan çempionatı üçün çox yaxşı nəticələnərdi. Niyə də olmasın? Mən bunun maliyyə tərəfini müzakirə edə bilmərəm. Yalnız onu deyəcəyəm ki, Azərbaycanda Arşavinə pul ödəyə biləcək klublar var”.
Qeyd edək ki, Rusiya mətbuatı Andrey Arşavinin Azərbaycan çempionatına keçmək ehtimalının olduğunu yazıb. Premyer Liqamızın klubları ilə yanaşı “topçular”ın futbolçusu Avstraliya çempionatına da keçə bilər.

0
0